Həftənin məqaləsi: Ekonometrik bilik və bacarıqların iqtisadi təhsildə önəmi

17 MAY 2016 | OXUNUB:
949

Diskurs.az

Diskurs.az saytında həftə ərzində ən çox oxunan və müzakirə mövzusu olan məqaləni təqdim edirik. Bu Həftənin məqaləsi UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Rövşən Camalovun “Ekonometrik bilik və bacarıqların iqtisadi təhsildə önəmi” məqaləsi olub.

Ekonometrik bilik və bacarıqların iqtisadi təhsildə önəmi

Bir çox professorların fikrincə ekonometrika və ya riyazi tətbiq iqtisadiyyatda gərəkli deyil. Lakin müasir dünya və müasir iqtisadiyyat bunu təkzib edir. Ekonometrik təhsilin önəmi nədir? İqtisadçı olaraq dəqiq proqnoz vermək üçün ekonometrik bilik və bacarıqlar olmalıdırmı?

Şəxsi təcrübəmdən irəli gələrək deyə bilərəm ki, hal-hazırda ölkəmizdə ali təhsil müəssisələrinin bir çoxlarında ekonometrika təhsilinin keyfiyyəti heçdə ürək açan deyil hətta bərbaddır desək yanılmarıq.  Əlbəttə ki, bu istiqamətdə uğur qazanmış bir neçə universitetlərimiz (azlıq təşkil edir) var lakin buna baxmayaraq ekonometrika təhsilinin vacibliyini hələdə biz dərk edə bilmirik. 2016-cı il olmasına baxmayaraq hələ də ekonometrika təhsilini köhnə kitablardan tədris olunur hansı ki, bu kitablarda tətbiqnən bağlı çox az məqamlar var. Bugün dünya universitetlərində tələbə və müəllimlər E-views, STATA, SAS, SHAZM, SPSS və başqa digər ekonometrik proqramlardan istifadə edərək əsaslı proqnozlar və tutarlı analizlər apara bilirlər. Bugün bu proqramların istifadəsi belə universitetlərimizdə məhdud şəkildədi.

Ekonometrik bilik və bacarıqlar bizə iqtisadiyyatda baş verən və ya baş verə biləcək dalğalanmaları, inkişaf və ya geriləmə proseslərini dəqiq və ya statistik proqnoz yolu ilə fikirlərimizi qeyd etməyə kömək edir. Bugün “Beynəlxalq Valyuta Fondu”nun, “Dünya Bankı”nın, dünya nüfuzlu universitetlərin araşdırma və hesabat xarakterli yazılarına baxsaq orada mütləq şəkildə ekonometrik modelləşmənin istifadəsini görə bilərik. Hətta bir çox araşdırma şəbəkələri olan SSRN (Social Science Research Network), Elsevier, NBER (the National Bureau of Economic Research), Cambridge Journal of Ecobnomics və başqa məşhur iqtisadi araşdırma bazalarında mövzulardan irəli gələrək ekonometrik modelləşmənin tətbiqini əsas tələblər kimi önə çəkirlər.

Biz bu istiqamətdə aşağıda qeyd olunan tədbirlər planını həyata keçirə bilərik.

  • Universitetlər bu istiqamətdə öz tələbə və müəllimlərini xaricdə ixtisas artırma və ya təhsilinə maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək və bu sahədə maraqlı olmalı
  • Bakalavr tələbələri arasında ekonometrika və riyazi təhsilə həvəsin yaradılması üçün proqramların tərtib olunmasında maraqlı olmaq
  • Bakalavr təhsilində ekonometrika fənninin tədrisində müasir kitabların, dərsliklərin istifadəsini genişləndirmək
  • Xaricdə təhsil proqramlarında ekonometrika sahəsinə xüsusi yerlər ayrılması
  • Böyük xərc tələb etməsinə baxmayaraq maliyyə labaratoriyalarının yaradılmasına vəsaitin ayrılması (UNEC təcrübəsi)
  • Finlandiya və Hindistan kimi ekonometrika və riyazi elmlərin təhsilində qabaqcıl olan ölkələrin ekspertlərinin yerli universitetlərində təlimllərinin təşkil edilməsinə vəsait ayırmaq

Rövşən E. Camalov
UNEC “Beynəlxalq İqtisadiyyat” kafedrası

 

950 1