“Gənclərin Bilik Olimpiadası” layihəsinin növbəti seçim turu keçirilib

06 İYUN 2016 | VIEWS:
2046

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası” layihəsinin yeddinci seçim turu keçirilib.

Tədbirin rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, İdarənin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ləman Muradova, “Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Rəsul Həşimov və fəal tələbələr iştirak edib.

“Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında məlumat verərək bildirib ki, layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən edərək, gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasıdır.

“Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı danışıb. R.Bayramov Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd edib.

Rəsmi hissədən sonra “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçmə turuna startverilib.

Qeyd: Layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir. Sonda layihənin bağlanışı və bilik olimpiadasının final mərhələsi keçiriləcək. “Gənclərin Bilik Olimpiadası”ndaqalib gələn tələbələr “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaq.

2047 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna