ILYAS1 - копияSultanov İlyas Mehralı oğlu

Sultanov İlyas Mehralı oğlu 18 mart 1957-ci ildə Füzuli rayonunda anadan olub. İlyas uşaqlıqdan idmanın klassik güləş növü ilə məşğul olub. Dəfələrlə rayon və respublika çempionu adını qazanıb. 1974-cü ildə Füzuli rayon Xurşudbanu Natavan adına orta məktəbi bitirərək, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. 1976-cı ildə Moskva şəhərinin Vladimr vilayətində hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra, Füzuli rayon istehlak cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra Füzuli rayon ticarət sistemi üzrə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışıb.

Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başlanandan sonra Füzuli rayonunda yaradılan könüllülərdən ibarət özünümüdafiə batalyonunun ilk üzvlərindən biri də İlyas idi. O, batalyonun tağım komandiri təyin edilmişdi. Füzuli rayonunun Hoğa, Qacar, Qovşadlı və Yuxarı Veysəlli kəndlərində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdi. 15 avqust 1992-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Füzuli rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Füzulinin Yuxarı Veysəlli kənd orta məktəbi onun adını daşıyır.

UNEC şəhidlərini ehtiramla yad edir (18.03.2017)
UNEC-in şəhid məzunu yad edilib (13.03.2017) – VİDEO
Füzulidə şəhid İlyas Sultanovun xatirəsi anılıb (VİDEO)
Vətən Uğrunda – İlyas Sultanov (VİDEO)

sultanov_ilyas_attestat4 sultanov_ilyas_attestat3