UNEC-in şəhid məzunu yad edilib

13 MART 2017 | VIEWS:
1977

UNEC-in şəhid məzunu İlyas Sultanovun anım mərasimi keçirilib.

Bakının 229 saylı tam orta məktibində təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, yaxınları ilə birlikdə UNEC kollektivi də iştirak edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in Marketinq və kommunikasiya departamentinin şəhid İ.Sultanovun arxiv sənədləri əsasında hazırladığı videoçarx nümayiş olunub.

UNEC-in “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Araz Aslanlı şəhid İlyas Sultanovun adının universitetdə daim hörmət və ehtiramla anıldığını bildirib. Qeyd edib ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını, şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.

Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri Eyyub Əmiraslanov və Minayə Hüseynova vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər. Məktəblilər şeirlər səsləndirib, musiqi ifa ediblər. Şəhidin ailəsi, dostları İlyas Sultanov haqqında xatirələrini bölüşüblər.

VİDEO

1978 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna