UNEC-də UDİD proqramına sənəd qəbulu başlayır

26 İYUL 2017 | VIEWS:

UNEC-də Universitetdaxili İki Diplom proqramına (UDİD) qəbul başlayır:

UDİD Proqramı 2017/2018-ci tədris ilində Beynəlxalq İqtisadiyyat Məktəbində tətbiq ediləcək.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

1.Bakalavr pilləsinin 2-ci kurs tələbəsi olmaq;

2.Müraciət tarixinə qədər bütün təhsil müddətində nəzərdə tutulmuş fənlər üzrə kreditləri qazanmaq və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olması.

Tələb olunan sənədlər:

•        Rektorun adına yazılmış ərizə;

•        Akademik Transkript (ÜOMG göstərilməklə);

•        Fakültə dekanının tövsiyyə məktubu;

•        Motivasiya məktubu

UDİD proqramı haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.

Sənədləri [email protected] ünvanına göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 21 avqust 2017-ci il