UNEC Rəqəmsal Texnologiyalar departamentinin direktoru v.i.e.: Elvir Əşrəfov

e-mail: [email protected]
tel: +(994) 12 492-13-25 ;  +(994) 12 492-59-04 ;  +(994) 12 492-59-03; 18-46 (daxili: 1120)

19.02.2024-cü il tarixindən UNEC-də Rəqəmsal və informasiya texnologiyaları üzrə xidmət göstərən strukturların vahid strukturda birləşdirilərək idarə edilməsi üçün UNEC Rəqəmsal texnologiyalar departamenti yaradılmışdır. Həmin tarixdən Marketinq və kommunikasiya departamentinin tabeliyindəki Təşkilati məsələlər üzrə texniki xidmət bölməsinin adı dəyişdirilərək “Tədbirlərin texniki təminatı bölməsi” adlandırılaraq UNEC Rəqəmsal texnologiyalar departamentinin tərkibinə daxil edilmişdir. 

UNEC Rəqəmsal texnologiyalar departamentinin direktoru vəzifəsinin icrası 15.09.2025-ci il tarixdən Elvir Hacıəli oğlu Əşrəfova həvalə edilmişdir.

*

UNEC Rəqəmsal Texnologiyalar Departamentinin strukturu:

İnformasiya texnologiyalarına dəstək şöbəsi

Şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi şöbəsi

Tədbirlərin texniki təminatı bölməsi

Tarixi. 70-ci illərdə ilkin olaraq Hesablama Mərkəzi kimi yaradılıb. 2010-cu ildən İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi (İKTM) kimi fəaliyyət göstərib. 2010-cu ilin oktyabrında İnformasiya Hesablama Mərkəzi yenidən qurularaq İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi adlandırılmışdır. UNEC-in 19.01.2017-ci il tarixli 32/3/2017 №-li əmri ilə İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi ləğv edilərək onun bazasında Elektron idarəetmə mərkəzi yaradılmışdır.

İnformasiya texnologiyalarına dəstək şöbəsi

– 1 saylı tədris binası üzrə texniki dəstək bölməsi;
– 2 saylı tədris binası üzrə texniki dəstək bölməsi;
– 3 saylı tədris binası üzrə texniki dəstək bölməsi;
– 4 saylı tədris binası üzrə texniki dəstək bölməsi.

  1. Universitetin bütün kompyuter avadanlıqlarının texniki xidməti və modern­ləşdirilməsi
  2. Müasir proqram təminatının əldə edilməsi, təkmilləşdirilməsi, tətbiqi və aparılması (kafedralarla, tədris və elmi tədqiqat şöbələri ilə birgə)
  3. Texnikaların istifadəsi üzrə əməkdaşlar, aspirantlar və tələbələr üçün kurs­ların, seminarların, mühazirələrin, istehsal təcrübələri və məsləhət saatlarının təşkilində iştirak
  4. Universitetin kompyuter texnikası parkının tezköhnələn materiallarla (katric, rəngli lent, fləş-kart) təmin edilməsi
  5. Tədris elmi və  təsərrüfat fəaliyyəti üçün AİS-nin altsistemlərinin işlənib hazırlanması, istismara verilməsi və işlək vəziyyətdə saxla­nılması və modernləşdirilməsi.

 

“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj

Şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi şöbəsi 

  1. Qlobal internet şəbəkəsinə çıxışı olan universitet lokal şəbəkəsinin inkişafı və təkmil­ləşdirilməsi
  2. Kompyuter vaxtının istifadəsinin uçotu və nəzarəti
  3. Bütün tədris binalarında yüksək sürətli internet şəbəkəsinin təşkil edilməsi və informasiya köşklərinin yerləşdirilməsi
  4. Başqa təşkilat­lara və universitetin kontingentinə internet şəbəkəsinin informasiya resurslarının təqdim edilməsi
  5. Yerli və dünya sisteminə inteqrasiya  olunmuş vahid telekom­munikasiya şəbəkəsi əsasında informasiya mübadiləsinin təmin edilməsi
  6. WiMax texnologiyaları əsasında biliklər portalına simsiz ümum­universitet çıxış zonasının yaradılması
  7. Professor-müəllim heyəti və universitetin əməkdaşları üçün elektron ünvanının yaradılması və idarə edilməsi.

*
Tədbirlərin texniki təminatı bölməsi

Bölmə universitetin müxtəlif korpuslarında zallar üzrə bölgü qrafikinə əsasən keçirilən müxtəlif tədbirlərdə lazımi avadanlıqların, texniki vəsaitlərin quraşdırılması, saz, işlək vəziyyətdə olması, afişa, posterlərin hazırlanması və s. işləri həyata keçirir. *

Rəqəmsal Texnologiyalar Departamenti UNEC NEWS-da

UNEC-də pedaqoji heyətin İKT bilikləri təkmilləşdirilir (12.06.2018)
“Springer Nature” elmi bazası UNEC-lə əməkdaşlıqda maraqlıdır (05.04.2018)
“UNEC İKT-dən uğurla istifadə edir” (01.12.2017)

*