UNEC tələbələri Yeni ili şəhid övladları ilə keçiriblər

22 DEKABR 2023 | VIEWS:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində UNEC-in şəhid olan tələbə və məzunlarının övladlarına xoş anlar yaşatmaq məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri onlarla əyləncənli gün keçiriblər.

THİK sədri İlkan Əliyev və fəal tələbələr PARK Cinema-da uşaqlarla birlikdə maraqlı film izləyiblər. Filmdən sonra Yeni ilin sevimli personajı olan Şaxta baba uşaqlara hədiyyələr verərək, onları sevindirib.

*

https://news.unec.edu.az/xeber/105-telebe/11051-unec-telebeleri-yeni-ili-shehid-ovladlari-ile-kechiribler