“UNEC I Tələbə İdman Oyunları” keçiriləcək

07 OKTYABR 2015 | VIEWS:

Student gamesAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC I Tələbə İdman Oyunları” keçiriləcək. Universitetin “İqtisadçı Gənclər Akademiyası”nın təşəbbüsü ilə təşkil edilən oyunlar UNEC-in 85 illiyinə həsr olunacaq.

11 idman növü üzrə 700-dən çox idmançı tələbəmizin yarışa qatılması nəzərdə tutulub. Oyunlara minə yaxın könüllü cəlb olunacaq. Məqsəd yarışların uğurlu gedişatını təmin etməkdir.

“UNEC I Tələbə İdman Oyunları”nın açılış mərasimi dekabrın 14-də, bağlanış mərasimi isə dekabr 24-də baş tutacaq.

Tələbə İdman OyunlarıAzərbaycan universitetləri tarixində ilk dəfə olaraq keçiriləcək.