AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi ADİU-da maliyyə üzrə müxtəlif mövzularda seminarlar keçirəcək!
Seminarlar aşağıdakı mövzuları əhatə edir:
Seminar 1 – 10 Mart 2015 – “Kapital bazarı haqqında ümumi məlumat”
Seminar 2 – 17 Mart 2015 – ” İnvestisiya və onun idarə edilməsi”
Seminar 3 – 02 Aprel 2015 – ” Forex haqqında ümumi məlumat”
Seminar 4 – 14 Aprel 2015 – “Korporativ maliyyə”
Seminar 5 – 21 Aprel 2015 – ” Maliyyə və onun idarə edilməsi”
Seminarların hamısında iştirak edən tələbələr üçün sonda müsabiqə keçiriləcək və bu müsabiqədə uğur qazanan iştirakçılar üçün hədiyyə olaraq Real Ticarət Hesabı açılacaqdır!
Müsabiqənin sponsoru – İnvestAZ şirkətidir.
Seminarda iştirak etmək üçün aşağıdakı məlumatları [email protected] e-poçtuna göndərin. Məktubun mövzusu kimi “ADİU Seminarlar” sözünü qeyd edin:
1) Adınız, soyadınız
2) Oxuduğunuz kurs və ixtisas
3) Motivasiya məktubu (Maksimum 10 cümlədən ibarət olan məktubda nə üçün Maliyyə bazarları üzrə təhsil almaq istədiyinizi yazıb izah edin.)