1-3 avqust 2026-cı il tarixində Türkiyədə (Düzce) onlayn və əyani formatda 9-cu Beynəlxalq Qara Dəniz Müasir Elmi Tədqiqatlar Konqresi keçiriləcək.
Qara dənizin qorunması ilə bağlı həm milli, həm də regional səviyyədə məlumatlılığın artırılması məqsədilə təşkil olunan bu konqres regionun elmi ictimaiyyəti arasında əlaqələrin genişlənməsinə, eləcə də regional alimlərin fəaliyyətinin multidissiplinar yanaşmalar çərçivəsində inteqrasiyasına töhfə verəcəkdir.
Konfrans mövzuları / istiqamətləri
Bütün elm sahələri üzrə mövzular qəbul edilir (sessiyalar ixtisaslar üzrə təşkil olunacaq)
Konfrans təqvimi
Bu konqres müxtəlif elm sahələrində çalışan tədqiqatçılar, alimlər, müəllimlər və tələbələr üçün elmi nəticələrin təqdim edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platformadır.