Monoqrafiyada işğal dövründə Qarabağda həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyətlərin kompleks və sistemli elmi təhlili təqdim olunub. Əsərdə işğal dövründə aparılmış qeyri-qanuni idxal-ixrac prosesləri, illeqal transsərhəd əməliyyatları, qanunsuz patent və ticarət nişanları, əqli mülkiyyət və mülkiyyət hüquqlarının pozulması və təbii resursların qanunsuz istismarı kimi proseslərin iqtisadi və hüquqi təhlili aparılıb.
“Qarabağın işğalı dövründə iqtisadi fəaliyyətlər (1992-2020): İşğal olunmuş iqtisadiyyatlarda mülkiyyətin istismarı üzrə nümunəvi tədqiqat” adlı monoqrafiyada yeni iqtisadi konsepsiya “occupied economies” – “işğal olunmuş iqtisadiyyatlar” nəzəriyyəsi formalaşdırılaraq təqdim edilib.
Monoqrafiyanın elmi redaktoru UNEC rektoru, professor Ədalət Muradov, UNEC professoru İrşad Kərimli, Miçiqan Universiteti (Ann Arbor) Ross Biznes Məktəbinin professoru John Branç, Malta Universitetinin İqtisadiyyat və Maliyyə fakültəsinin dekanı Simon Grima, Hindistanın Chitkara Universitetinin professoru Kiran Sood, Norveçin ARKIVET Sülh və İnsan Hüquqları İnstitutunun Demokratik Dayanıqlılıq Şöbəsinin müdiri Joseph Salomonsendir.