UNEC-in gənc diplomatları Orta Şərqdəki yeni reallıqları müzakirə ediblər

30 APREL 2026 | VIEWS:

UNEC Diplomatiya Təşkilatının təşəbbüsü ilə tələbələr üçün növbəti maraqlı və elmi-praktiki görüş baş tutub. “Orta Şərq: Böhranlar arasında yeni düzən” mövzusuna həsr olunan tədbir, gənclərin qlobal siyasi proseslərə olan böyük marağı ilə yadda qalıb.

Tədbirdə Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov Orta Şərq regionunda cərəyan edən mürəkkəb geosiyasi dəyişikliklər, mövcud böhranlar və yenidən formalaşan güc balansı haqqında tələbələr üçün geniş təhlil təqdim edib.

Tədbir tələbələrin aktiv iştirakı ilə interaktiv formatda davam edib. Gənc diplomatlar aktual məsələlər ətrafında öz düşüncələrini bölüşüblər, mövzu ilə bağlı canlı fikir mübadiləsi aparıblar.

UNEC-in gənc diplomatları Orta Şərqdəki yeni reallıqları müzakirə ediblər