Görüş zamanı UNEC ilə Huawei arasında formalaşmış əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Eyni zamanda, tərəflər arasında gələcək dövrdə əməkdaşlığın genişləndirilməsi imkanları, xüsusilə rəqəmsal transformasiya, innovasiya, təhsil–sənaye əlaqələrinin gücləndirilməsi və texnologiya əsaslı layihələr üzrə perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.