abbasova_sevda_iqtisadi_nazariyyaAbbasova Sevda İsmayıl qızı

1975-ci il iyulun 6-da Tovuz rayonunun  Düzqırıxlı kəndində anadan olmuşdur.

Orta təhsilinin ilk 3 ilini 1 saylı kənd məktəbində alaraq, tam orta təhsilini Sumqayıt şəhər 28 saylı riyaziyyat təmayüllü orta məktəbdə başa vurmuşdur.

1992-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Sosial Elmlər və Psixologiya fakultəsinin İqtisadi nəzəriyyə ixtisasına qəbul olunub.
1997-ci ildə bu ixtisasın iqtisadçı və iqtisadi-nəzəriyyə müəllimi sahələrini bitirib.

1997-ci ildən 2000-ci ilədək Bakı Əmtəəünaslıq-Kommersiya İnstitunun “Ümumiqtisadiyyat” kafedrasında baş laborant;
2000-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumiqtisad” kafedrasında baş laborant vəzifəsində çalışıb.

2002-ci ildən 2011-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasında  0,5 ştat assistent işləyib.

 

2012-ci ildən “İqtisadi nəzəriyyə” kafedrasının müəllimidir.

Ailəlidir. İki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

IMG-20180427-WA0010 IMG-20180427-WA0011