qiymat_esmira_fotoAbdullayeva Esmira Canəli qızı

1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və təhsilini orada Qiymət ixtisası üzrə əyani aspiranturada davam etdirmişdir.

1996-cı ildən gənc mütəxəssis kimi İqtisad Universitetini Sosioloji Elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

2000-2001-ci illərdə müsabiqə yolu ilə Elmi-tədqiqat laboratoriyasında elmi işçi;
2001-2005-ci illərdə Sosial-iqtisadi Elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifələrində çalışmışdır.

2005-2008-ci illərdə Elmi-araşdırma və Konsaltinq Mərkəzində böyük elmi işçi vəzifəsində işləmişdir.

2010-2013-cü illərdə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.

 

 

*

2003-2005-ci illərdə Gender araşdırmalar mərkəzində humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası, qloballaşma, iqtisadiyyat və ekologiyada gender modulu üzrə proyektlərdə iştirak etmişdir.

2011-2012-ci illərdə “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərə­fin­dən sti­mul­laş­diril­ma­sı me­xa­­niz­mi­­nin qiymətləndirilməsi və onun təkmilləşdiril­məsinə dair təklif və tövsiyələrin ha­zır­lan­ma­sı” və “Azərbaycanda davamlı inki­şa­fın təmin edilməsin­də mo­netar və fiskal siya­sət­­­lərin əlaqə­lən­dirilməsi mexaniz­mi­nin qiymətləndirilməsi və onun tək­mil­ləş­diril­mə­sinə dair təklif və tövsiyyələrin ha­zır­­­lan­ma­­sı” layihələrində iştirak etmişdir.

2013-cü ildən «Qiymət və qiymətləndirmə» kafedrasının  müəllimi işliyib. Hazırda isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müəllimidir.

40-dan artıq elmi əsərin müəllifidir.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI