Abdullayeva Sevinc Müseyib qızı

1983-cü il aprel ayının 12-də Bakı şəhərində anadan olmuşdur.

1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə Standartlaşdırma və sertifikasiya ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə istiqamətinin Marketinq ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildən İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında saathesabı müəllim, 2013-cü ildən müəllim işləyir.

 

*

2012-ci ildə İqtisad Universitetində yerinə yetirilmiş büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfransda iştirak etmiş, tezisləri çap olunmuşdur.

2012-ci ilin dekabrında Keyfiyyət Assosasiyası tərəfindən təşkil olunmuş “İSO 9001-2008. Keyfiyyəti idarəetmə sistemi. Daxili audit” təlimi üzrə kursu uğurla bitirmiş və TÜV Avstriya Türk şirkətinin İstanbul qeydiyyatlı sertifikatına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.