erzaq_garay_fotob.e.n., dos. Mirzəyev Gəray Surxay oğlu

1958-ci ildə Beyləqan rayonunun Aran kəndində anadan olmuşdır.

1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə qəbul olunmuşdur.
1985-1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır.

1993-cü ildə «Xəzər dənizi Böyük Qızılağaj körfəzinin bentik faunasının  növ tərkibi və miqdarca yayılması» mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

 

*

1999-2000-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında baş müəllim vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır.

2001-2008-ci illərdə «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında dosent vəzifəsində, 2009-2010-cu tədris ilindən «Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasında dosent vəzifəsində çalışıb.
Hazırda “İstehlak mallarının ekspertizası” kafedrasının dosentidir.

24 illik elmi-pedaqoji əmək fəaliyyəti dövründə 65-dən çox elmi əsər, o cümlədən  22 fənn proqramı, 3 metodik göstəriş, 1 dərs vəsaiti və 2 dərslik  yazmışdır.

Ailəlidir.  İki övladı  və bir nəvəsi var.