b.f.d., dos. Quliyeva Lalə Vəkil qızı

10 mart 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya  İnstitutunun “Əmtəəşünaslıq” ali peşə istiqaməti üzrə Bakalavr pilləsini, 2000-ci ildə isə “Ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə Mağistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasında böyük laborant,
2002-ci ildən müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışıb.

*

2010-cu ildə “Şəmkir və Mingəçevir su anbarlarında krevetlərin (Palaemon elegans Rathke) bio-ekologiyası və əmtəə göstəriciləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 mart 2012-ci il tarixli qərarı ilə ona  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının dosenti olub. Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

40-dan çox  elmi əsərin, o cümlədən 3 tədris proqramının müəllifidir.

Ailəlidir, iki övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI