biz_bedirovb/m. Bədirov Rəşad Rəşid

1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1992-ci ildə Sumqayıt şəhəri 13 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.

1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını  İdarəetmə İnstitutunun, «Menecer hazırlığı (Türk Dünyası İşlətmə)» fakültəsinə qəbul olunmuşdur.

1996-cı ildə həmin institutu bitirərək bakalavr, 1998-ci ildə isə Xalq Təsərrüfatını İdarəetmə İnstitutu və Türk Dünyası Araşdırmaları Vəqfinin  göndərişi ilə Türkiyə Respublikası Dumlupinar Universiteti Sosial Elmlər İnstitutunda «Mühasibat-maliyyə» ixtisası üzrə magistratura təhsilini başa vurmuşdur.

 

*

1998-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını  İdarəetmə İnstitutunda müəllim vəzifəsində çalışmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin «Biznesin idarə edilməsi» kafedrasının qərarı ilə dissertant kimi qeydə alınmış və «Biznesin inkişafında kapital bazarının rolunun artırılması problemləri» mövzusunda dissertasiya işi üzərində işləyir.

19 elmi əsərin müəllifidir. Bunlardan 13-ü elmi məqalə, 3-ü dərs vəsaiti, 1-i isə dərslikdir.

2001-ci ilin avqust ayından 2004-cü ilin fevral ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin «İdarəetmənin təşkili» kafedrasının müəllimi işləmişdir.

2004-cü ilin fevral ayından «Biznesin idarə edilməsi» kafedrasında baş müəllim vəzifəsində çalışır. Eyni zamanda «Biznesin idarə edilməsi» fakültəsinin Həmkarlar Bürosunun sədridir.