dizayn_liliparb/m. Cəfərova Lilipar Əli qızı

1 iyun 1950-ci ilə Ermənistanın Basarkeçər rayonunda anadan olmuşdur.

1966-cı ildə Lənkəran şəhər 1 N orta məktəbinin məzunu olmuşdur.

1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Texnologiya fakültəsinə  daxil olmuşdur.

1975-ci ildə təhsilini başa vuraraq tikiş məmulatlarının texnologiyası ixtisasına
(mühəndis-texnoloq) yiyələnmişdir.

 

 

*

1974-1999-cu illərdə müxtəlif müəssisələrdə mühəndis, elmi işçi və müəllim vəzifəsində çalışmışdır.
1999-cu ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda saathesabı yolla müəllim vəzifəsində işləmişdir.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında yarımştat assistent, 2003-cü ildən  müəllim vəzifələrində işləyib.

Hazırda “Dizayn” kafedrasının baş müəllimidir.

Ailəlidir, dörd övladı, nəvələri var.