alasgarova_saida_xaricib/m. Ələsgərova Səidə Xanlar qızı

14 fevral 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1974-cü ildə SSRİ-nin 50 illiyi adına Pedaqoji Dillər İnistitutunu (hazırda Xarici  Dillər  Universiteti)  bitirmişdir və təyinatla Bakı şəhərində 67 saylı texniki peşə məktəbinə İngilis dili müəllimi təyin olunmuşdur. Eyni zamanda Xarici Dillər Universitetində saat hesabı ingilis dili müəllimi kimi çalışmışdır.

1990-cı ildən Bakı şəhəri 132 saylı məktəbdə ingilis dili müəllimi işləmişdir. 1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Xarici dillər” kafedrasında ingilis dili müəllimi, 2001-ci ildən baş müəllim işləməyə başlamışdır.

*

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.

17-dən artıq elmi məqalələri çıxmışdır.

Ailəlidi, üç övladı var.