mal_rafiqa_fotob/m. İbrahimova Rəfiqə Adil qızı

1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1960-cı ildə Bakı şəhəri 190 №-li məktəbi bitirmişdir.

1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsində təhsil almışdır.

1965-1966-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan Filialında iqtisadçı vəzifəsində çalışmışdır.

1966-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim vəzifələrində işləmişdir.

2005-2017-ci illərdə “Malyyə və maliyyə institutları” kafedrasının baş müəllimi, UNEC-in fəxri dosenti olub.

2017-ci ildə təqaüdə yola salınıb.