1967-ci il iyulun 1-də Tovuz rayonunun Çataq kəndində anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
1992-1993-cü illərdə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda baş iqtisadçı vəzifəsində çalışmışdır.
1994-cü ilin yanvar ayından Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət» kafedrasında işləyib.
UNEC-in “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının baş müəllimi olub. 20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.
Çoxlu sayda elmi-metodik əsərlərin müəllifidir. «Qiymətin əmələ gəlməsi», «Dünya bazar qiymətləri» (azərb. və rus dillərində) adlı dərsliklərin müəlliflərindən biridir. 40-dan artıq fənn proqramının və metodik göstərişlərin hazırlanmasında yaxından iştirak edib. Qiymətin əmələ gəlməsi və qiymətləndirmənin aktual problemlərinə dair 8,0 ç.v. həcmində elmi məqalə və tezislərin müəllifidir.
2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü, sədr müavinidir.
Ailəlidir, iki övladı var.
*
Davos İqtisadi Forumu modeli – UNEC (16.05.2017)
Lələtəpə fatehləri ilə görüş – VİDEO (07.04.2017)
UNEC kollektivi Lələtəpədə (07.04.2017)
İqtisadiyyat fakültəsində elmi seminar keçirilib (31.03.2017)
*