rafiq_foto

dos. Bəşirov Rafiq Alim oğlu

1941-ci il aprelin 5-də Bakı şəhərində anadan olmuşdur. 1947-ci ildə Qonaqkənd rayonu Cimi kəndində yeddiillik məktəbə daxil olmuş,

1957-cı ildə Xaçmaz şəhər 1 N-li orta məktəbini bitirərək, həmin ildə K.Marks adına Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə” fakültəsinə qəbul olunmuşdur.

1962-ci ildə Azərbaycan Dövlət Darülfünunu “Maliyyə kredit” ixtisası üzrə bitirmişdir.

1962-1966-cı illərdə Azərbaycanın bank sistemində çalışmışdır.

1966-cı il sentyabrın 1-dən Xalq təsərrüfatı intitutunun “Maliyyə kredit” kafedrasına müəllim vəzifəsinə qəbul edilmişdir.

1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adını almışdır.

1978-ci ildən həmin kafedranın dosentidir. Dərslik və dərs vəsaitlərinin yazılmasında iştirak etmiş. “Bank işi” dərsliyinin müəllifidir. 60-dan artıq elmi məqalənin müəllifidir.

1969-74-cü illərdə axşam fakültəsinin dekan müavini, 1982-1987-ci illərdə Maliyyə statistika, 1995-2000-ci illərdə Maliyyə kredit fakultəsinin dekanı işləmişdir.
2001-2004-cü illərdə qiyabi təhsil üzrə “Maliyyə kredit” fakultəsinin dekanı təyin olunmuş,
2005-2006-cı illərdə Kredit iqtisad, 2009-2010-cu illərdə Maliyyə fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
16.06.2010-cu ildən 13.06.2013- cü ilədək «Bank işi» kafedrasının müdiri vəzifəsini icra etmişdir.

Hazırda UNEC-in Fəxei professorudur.

Evlidir, üç övladı və altı nəvəsi var.

 

*

Elmi əsərləri (2010-2013-cü illər):

  • “Bank işi” fənninin proqramı. 2010
  • “Pul və banklar” fənninin proqramı. 2010
  • “Azərbaycan banklarının fəaliyyətinin beynəlxalq aspekti və Azərbaycanda xarici bank kapitalı “- S. Peterburq. 2011
  • “Bank menecmenti” fənnin proqramı. 2012
  • Qlobalizasiya şəraitində Azərbaycan iqtisadiyyatı «Экономика, управления, права» Москва. 2012

*

“Bank işi fənni üzrə interaktiv dərs vəsaiti”

rafiq_9280rafiqqияrafiq_9287-001