1997-ci ildə Naxçıvan şəhərində anadan olub.
Orta təhsilini Naxçıvan şəhər 13 saylı tam orta məktbdə alıb.
2014-cü ildə UNEC-ə qəbul olub.
Maliyyə və mühasibat fakültəsində maliyyə ixtisası üzrə təhsil alır.
UNEC-də təhsil aldığı müddətdə bir sıra intellektual yarışların qalibi olub: “Mən Azərbaycanlıyam” Milli İntelllektual oyununda 400 gəncin iştirak etdiyi Azərbaycan çempionatının ikiqat qalibi; Nərimanov rayon İH ilə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “N.Nərimanov kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyununda 1-ci yer; Prezident yanında Gənclər Fondunun qrant layihəsi olan “Müstəqil Azərbaycanım” bilik yarışında 1-ci yer; Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkil etdiyi “Konfederasiya kuboku” uğrunda Azərbaycan çempionatında 1-ci yer tutub. Təhsil Nazirliyi və H.Əliyev Fondunun birgə həyata keçirdiyi “H.Əliyev və Azərbaycan tarixi” ümumrespublika çempionatında 46 ali məktəb arasında 1-ci yerə layiq görülərək, beşqat respublika çempionu tituluna sahib olub. Prezident İlham Əliyevin Azərbaycan Gənclər Forumunun 20 illiyi ilə əlaqədar keçirdiyi rəsmi qəbulda iştirak edib. 2 fevral 2017-ci ildə Gənclər günü münasibətilə “Gənclər Mükafatı 2017”-yə layiq görülüb.
*
2017-ci ildən 2018-ci ilin iyununa kimi UNEC-in tələbə rektoru olub.
Əldə etdiyi nailiyyətlərə görə, UNEC-in rektoru, professor Ədalət Muradov tərəfindən Elmi Şuranın iclaslarında diplom və mükafatla təltif olunub.
01.02.2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxs kimi 2023-cü il Gənclər üçün Prezident mükafatına layiq görülüb.
*
E-mail: [email protected]
Tələbə rektor “Təhsilə dair” verilişində (28.12.2017)