cabbar_0659----- - копияTələbə rektor Cabbar Hüseynli

1997-ci ildə Naxçıvan şəhərində anadan olub.

Orta təhsilini Naxçıvan şəhər13 saylı tam orta məktbdə alıb.

2014-cü ildə UNEC-ə qəbul olub.
Maliyyə və mühasibat fakültəsində maliyyə ixtisası üzrə təhsil alır.

UNEC-də təhsil aldığı müddətdə bir sıra intellektual yarışların qalibi olub: “Mən Azərbaycanlıyam” Milli İntelllektual oyununda 400 gəncin iştirak etdiyi Azərbaycan çempionatının ikiqat qalibi; Nərimanov rayon İH ilə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “N.Nərimanov kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyununda  1-ci yer; Prezident yanında Gənclər Fondunun qrant layihəsi olan “Müstəqil Azərbaycanım” bilik yarışında 1-ci yer; Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkil etdiyi “Konfederasiya kuboku” uğrunda Azərbaycan çempionatında 1-ci yer tutub. Təhsil Nazirliyi və H.Əliyev Fondunun birgə həyata keçirdiyi “H.Əliyev və Azərbaycan tarixi” ümumrespublika çempionatında 46 ali məktəb arasında 1-ci yerə layiq görülərək, beşqat  respublika çempionu tituluna sahib olub. Prezident İlham Əliyevin Azərbaycan Gənclər Forumunun 20 illiyi ilə əlaqədar keçirdiyi rəsmi qəbulda iştirak edib. 2 fevral 2017-ci ildə Gənclər günü münasibətilə “Gənclər Mükafatı 2017”-yə layiq görülüb.

*

2017-ci ildə UNEC-in tələbə-rektoru seçilib.

Əldə etdiyi nailiyyətlərə görə, UNEC-in rektoru, professor Ədalət Muradov tərəfindən Elmi Şuranın iclaslarında diplom və mükafatla təltif olunub.

Tel:  050 205 44 85

E-mail:  jabbar_huseynli@unec.edu.az

cabbar_0659----- DSC_8765