qah_qiymat_fotoi.е.n., dоs. Bаyrаmоv Qəhrəman Saleh oğlu 

1959-cu il martın 8-də Göyçay şəhərində anadan olmuşdur.

1976-1980-cı illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil almış və oranı Fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

1980-1989-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat institutunda iqtisadçı vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.

1989-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində, Azərbaycan Dövlət İqtisadiyyat və Planlaşdırma və Azərbaycan Dövlət İqtisadiyyat Komitəsində baş mütəxəssis, bölmə və şöbə müdiri vəzifələrində çalışmışdır.

1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət və qiymətləndirmə» kafedrasında işləyir.

1993-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.  2001-ci ildən dosentdir.

 

 

 

 

*

Beynəlxalq və respublika elmi-praktiki konfranslarında, beynəlxalq elmi konqers və seminarlarda məruzələrlə çıxış etmiş, yerli və xarici mətbuat səhifələrində elmi məqalələr dərc etdirmişdir.

Qiymətin əmələ gəlməsi və qiymətləndirməyə aid 2 dərsliyin, 2 dərs vəsaitinin, 30-a qədər elmi məqalənin, çoxlu sayda proqram və metodiki göstərişlərin müəllifidir.

Ailəlidir, iki övladı var.
*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

1-DSC_0018 (1) 1-DSC_0017 (2)

UNEC-də “Strateji Yol Xəritəsi” öyrənilir (19.01.2017)