Çin-Azərbaycan:iki strateji regionun əməkdaşlıq mərkəzləri

17 MART 2016 | VIEWS:
1769

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tarix elmləri doktoru, hərbi qüvvələr veteranı Nurulla Əliyevlə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin tələbələri ilə görüşüb.

2010-2015-ci illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında hərbi attaşesi vəzifəsində çalışmış N.Əliyev tələbələrə Çinin beynəlxalq münasibətlərdəki rolu, əhəmiyyəti, Xəzər regionunda strateji maraqlarına dair diplomatik təcrübəsindən irəli gələn fakt və hadisələri açıqlayıb. Çinsayağı müdrik pritçalarla müşayiət olunan çıxış tələbələrin marağına səbəb oldu. Veteran Çin-Azərbaycan münasibətlərinə həsr etdiyi kitabın elektron versiyasını UNEC-ə hədiyyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

1770 2