1982-ci ildə Ermənistan Respublikasında anadan olub.
1989-1999-cu illərdə Sumqayit şəhəri 25 saylı orta məktəbə təhsil alıb.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
2003-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr dərəcəsini Beynəlxalq ticarət ixtisası üzrə müvəffəqiyyətlə başa vuraraq, təhsili davam etdirmək üçün dövlət xətti ilə Təhsil Nazirliyinin keçirdiyi müsabiqə əsasiında Ukrayna Regionlararası Şəxsi heyətin İdarəolunması Akademiyasına (Kiev şəhəri) daxil olub.
2005-ci ildə həmin ali təhsil mərkəzini Maliyyə ixtisasi üzrə müvəffəqiyyətlə başa vuraraq magistr dərəcəsinə layiq görülüb.
2005-ci ildə həmin Akademiyanın elmi şurasının qərarı ilə aspirantura pilləsinə daxil olub. 2008-ci ildə təhsilini bitirib.
2009-cu il mayin 26-da Akademiyanın Elmi şurasında “Beynəlxalq maliyyə resurslarının milli iqtisadiyyata cəlb olunması: (Ukrayna və Azərbaycanın timsalında)” adlı dissertasiya işini müdafiə edərək, elmi şuranın qərarı ilə iqtisad elmleri üzrə fəlsəfə elmlər doktoru (D. PH. of E.) adına layiq görülüb.
2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim kimi fəaliyyətə başlayıb.
2017-ci ilə kimi UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi vəzifəsində işləyib.
2017-ci ilin sentyabrından UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının müəllimidir.
Ailəlidir. Bir övladı var.