eldar_8704Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktoru dos. Azadov Eldar Həsənxan oğlu

e-mail:   [email protected]

15 iyun 1954-cü il ildə Zəngilan rayonunda anadan olmuşdur. 1970-ci ildə 2 saylı Zəngilan şəhər orta məktəbini, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “tətbiqi riyaziyyat” fakultəsini bitirmiş, 1976-1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Kibernetika institutunda işləmişdir. 1977-1978-ci illərdə Litva Respublikasının Dövlət Plan Komitəsinin İqtisadiyyat institutunda staj keçmiş, 1980-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika institutunun aspiranturasına daxil olmuş və oxuduğu müddətdə (1981-1983-cü illər) Moskva İdarəetmə İnstitutuna ezam olunmuşdur.

1984-1988-ci illərdə AR Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində, 1988-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində müxtəlif vəzifələrdə işləmiş, 1991-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya institunda baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1999-cu ildən 03.04.2014-cü il tarixə qədər AR Prezideni yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 3 aprel 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Mərkəzin direktoru vəzifəsində çalışir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

40-a yaxın elmi məqalənin, o cümlədən, “Oyunlar nəzəriyyəsi” (dərs vəsaiti, 1995), “Bələdiyyələr yerli idarəetmənin təşkilati formasıdır” (1998), “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” (2004), “Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər” (2005), “Dövlət idarəçiliyi: izahlı lüğət” (2006), “Dövlət idarəçilik nəzəriyyəsi” (dərslik, 2010) kimi 6 kitabın müəlliflərindən biridir.

TAG_4237eldar766933410902535068_nDSC_6333eldar_0148navai_eldar_3757

1993-cü ildə “Şəhərin və şəhər təsərrüfatının inkişafının proqnozlaşdırılması üçün imitasiya modelinin işlənib hazırlanması” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə, dosent elmi adına layiq görülmüşdür. Yerli özünüidarəetmə, dövlət idarəçiliyi sahəsində elmi tədqiqatlarla məşğuldur.

Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Azadov Eldar Həsənxan oğlu Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

600-dən çox bal toplayan 291 tələbə UNEC-i seçib – MÜSAHİBƏ (07.09.2016)

İqtisad Universitetindən yenilik: tələbə olmayanlar da təhsil ala biləcək (04.03.2016)

Yeni təqaüd kimlərə şamil olunacaq – MÜSAHİBƏ (11.02.2016)

6667 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno