miraga666Biznes və menecment fakültəsinin dekan əvəzi: i.e.n. dos. Əhmədov Mirağa Məhərrəm oğlu

E-mail: miraga.ahmedov@unec.edu.az

1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur.
1976-1986-cı illərdə Ağdam rayonunda orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş USSR-də hərbi xidmətdə olmuşdur.

1991-1996-cı illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1993-1996-cı illərdə İnstitutun Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.

1996-2000-ci illərdə həmin İnstitutun “Kommersiya və reklam işi” kafedrasında assistent işləmişdir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və reklam işi” kafedrasında baş müəllim işləmişdir. 2004-cü ildən “Marketinq” kafedrasında calışmışdır.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, İqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasının dosentidir. 2012-ci ildən AzMEA-nın İqtisadiyyat İnstitutunda doktorantdır.

2004 – 2014-cü illərdə “Texnologiya və dizayn” fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin dekanı olub.
Hazırda Biznes və menecment fakültəsinin dekanıdır.

2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikata layiq görülmüşdür.

50-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və  dərs proqramının müəllifidir. 9 elmi məqaləsi beynəlxalq jurnallarda çap edilmişdir.
Ailəlidir, iki övladı var.

mm20150317_153405-854x1024FullSizeRendermmIMG-20150318-WA0002-1024x768mmIMG-20150318-WA0010-1024x768mmIMG-20150318-WA0011-1024x768mmIMG-20150318-WA0015-1024x768miraga_IMG-20150318-WA0020-768x1024

“Çingiz dastanı” kitabının təqdimatı olub (AzərTAC – 16.03.2017)
UNEC xarici universitetlərlə təcrübə mübadiləsi edir
 (azedupress.com)
Logistika və ticarətin inkişafında insan kapitalının rolu mühümdür
“Universtetin beynəlxalq elmi konfransa ev sahibliyi etməsi onun nüfuzundan xəbər verir” (06.02.2017)
UNEC alimi konfransda İqtisad Universitetinin idarəçilik sistemindən danışıb (25.11.2016)
Miraga Əhmədov: Meqa fakültələr təhsildə daha çox uğur əldə edir (25.07.2016)
Biznes və menecment fakültəsinin dekan əvəzi kollektivə təqdim edilib (22.07.2016)
UNEC əməkdaşları Ramazan bayramını cəbhə bölgəsində qeyd ediblər (11.07.2016)

 

Tədris etdiyi fənnlər:

Bakalavr pilləsində:  “Marketinq”

Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:

1.“Turizm marketinqi” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.T.İ.İmanov, dos.L.A.Hacıyeva)
2.“Xidmət sahələrinin marketinqi” “İqtisad Universiteti” nəşriyyatı

??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????sert_miragaокmiragaaaмок

2817 3