rus_dili_gulnara“Rus dili” kafedrasının müdiri dos. Rzayeva Gülnarə Namiq qızı

e-mail: gulnara.rzayeva@unec.edu.az

1960-cı il aprelin 9-da  Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Uinversitetinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsinə daxil olmuş, 1982-ci ildə həmin universiteti  bitirmişdir.

1983-ildən D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Univеrsitеti)  “Rus dili” kafedrasında fəaliyyətə başlamış müəllim, bаş müəllim vəzifələrində çalışmışdır. 2008-ci ildən “Rus dili” kafedrasının müdiri vəzifəsində çalışır.

2008-ci ildə namizədlik dissertasiyasını  müdafiə edərək Filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə isə dosent elmi adını almışdır.  2012-ci ildən Bakı Slavyan Universitetinin  doktorantıdır. Hazırda doktorluq dissertasiyası üzərində çalışır.

Rusiya, Türkiyə, ABŞ, Tailand və digər ölkələrin nüfuzlu jurnallarında elmi məqalələri çap olunmuş, respublika və beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. 70-dən artıq  elmi məqalə, 2 dərslik, 22 dərs vəsaiti, 5  fənn proqramının müəllifidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, Beynəlxalq elmi konfranslarda fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

turk_0006(1)???????????????????????????????IMG_6373???????????????????????????????11167793_10202664834020621_2732114162187550523_nDSC01524kitab666

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, Beynəlxalq elmi konfranslarda fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.
“Azərbaycan dünyası” beynəlxalq jurnalının idarə heyətinin üzvüdür.

Ailəlidir, iki övladı var.

 

UNEC alimi beynəlxalq konfransda müasir dərs modelindən danışıb (26.05.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu
 (16.02.2017)
Süleyman Dəmirəl Universiteti UNEC müəllimlərinin səfərindən yazıb
 (13.02.2017)

IMG-20170629-WA0004IMG-20170629-WA0005IMG-20170629-WA0010

1433 3