mustafa1805dos. Sadıqov Mustafa Məmmədsadıq oğlu

16.01.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini  və 1982-ci ildə Az.XTİ-nun Xalq təsərrüfatının planlaşdırılması fakültəsini bitirmişdir.

1992-ci ildə “İqtisadi tədqiqatlarda riyazi metodların tətbiqi  ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1998-ci ildə TASİC proqramı çərçivəsində MBA dərəcəsinin Hollandiyada almışdır.

1975-1978-ci illərdə Elmlər Akademiyasının Kibernetika institutunda kiçik elmi işçi, 1978-1979-cu illərdə Dövlət Plan Komitəsinin Elmi-texniki informasiya institutunda kiçik elmi işçi,
1979-1982-ci illərdə baş elmi işçi vəzifələrində işləmişdir.

1985-1989-cu illərdə Bakı şəhərinin iqtisadi və sosial inkişafı elmi-tədqiqat institutunda bölmə müdiri vəzifələrində çalışmışdır.

1989-cu ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi kafedrasında müəllim, baş müəllim, və dosent vəzifələrində çalışır və 28 elmi-metodiki əsərin müəllifidir. 1995-1998-ci illərdə Avropa Komissiyasının TASİC proqramının Universitet üzrə koordinatoru olub, 2006-2016-cı illərdə Universitetin Elm şöbəsinin müdiri vəzifəsində çalışıb.

2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

mustafae12c3d4e7femustafa_4937DSC_0326