qeyri_elcin_foto

tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu

e-mail: elchin_samadov@unec.edu.az

1974-cü ildə anadan olmuşdur.

1991-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Əmtəəşünaslıq” fakültəsinin “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” ixtisasına daxil olub, 1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunu həmin ixtisas üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə bu institutun eyni ixtisas üzrə əyani aspiranturasına daxil olmuş, 1999-cu ildə bitirmişdir.

2000-ci ilin mart ayında Moskva İstehlak Kooperasiyası Universitetində “PVX linoleumlarının istehlak xassələrinin tədqiqi və uzunömürlüyünün proqnozlaşdırılması” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Aspiranturanı bitirdikdən sonra Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda 2000-ci ildən etibarən əvvəlcə baş laborant, sonra isə müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

*

Hazırda “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasının dosenti, “Əmtəəşünaslıq” fakültəsinin dekan müavini, texnika elmləri namizədidir.

24 elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, proqram, metodik göstərişlər, məqalə və tezislərin (Respublika daxilində və xaricində) müəllifidir.

Ailəlidir, iki övladı var.

IMG_2290muzey_1143IMG_1100IMG_1109