mazahir1805“Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri dosent  Aslanov Zabit Yunus oğlu

e-mail: zabit.aslanov@unec.edu.az

 

23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur.

1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.

1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin  “Metrologiya və standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir. 2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışır.

Texnika üzrə elmlər doktoru dissertasiyasının ilkin müzakirəsini keçirmiş və sənədlərini Prezident yanında Ali Attestasiya Komissiyasına təhvil vermişdir.

3 dərslik, 4 dərs vəsaitinin, 2 monoqrafiyanın, 1 ixtiranın və 140-dan çox elmi məqalənin müəllifidir.

Evlidir, iki övladı var.

1-Sakarya Universitesi Ziyaret_9488 (2)_resize (1)DSC_8881DSC_4934DSC_0080DSC_8712

UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC-də “Beynəlxalq standartlaşdırma günü”nə həsr olunan elmi-praktik seminar
 (18.10.2016)
UNEC-də ilk nümunəvi dərslər keçilib (15.01.2016)

796 1