Henife mdosent Cəfərli Hənifə Alhüseyn oğlu

1967-ci ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olmuşdur. 1984-cü ildə Kürdəmir rayonunun Karrar kənd orta məktəbini bitirmişdir.
1985-1987-ci illərdə hərbi xidmətdə olmuş, ordu əlaçısı adına layiq görülmüşdür.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Uçot-iqtisad fakultəsini bitirmişdir.

2005-ci ildə  iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2007-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq fakultəsini bitirərək beynəlxalq hüquqşunas ixtisası üzrə magistr dərəcəsi almışdır.

1984-2004-cü illərdə “Azərenerjitikintiquraşdırma” sistemində mühasib, baş mühasib, maliyyə-iqtisad məsələləri üzrə sədr müavini, sədrin birinci müavini;
2000-2004-cü illərdə əvəzçilik qaydasında “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti sədrinin vəzifəsini icra etmişdir.

2005-ci ildən 2011-ci ilin noyabr ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit» kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir. 2011-ci ilin noyabr ayından 2015-ci ilin sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit» kafedrasının müdiri vəzifəsində işləyib. Hazırda UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının dosentidir.

50-dən artıq elmi və tədris-metodiki əsərlərin müəllifidir, o cümlədən, 1 dərsliyin, 8 tədris-metodiki vəsaitin, 20 tədris-proqramın, 20 elmi-məqalənin, 7 tezisin müəlliifidir.

Ailəlidir. Dörd övladı var.

DSC_8446hanifae85da9hanifa_6687hanifacqak4-11hanifacqak4-1122

UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsində “Elm aylığı”nın əhəmiyyəti danılmazdır (16.11.2017)
Elmi məqalə müsabiqəsinin qaliblərini tanıyın
 (10.11.2017)

6337 1