ekon_yalcin_fotodosent Hacızalov Yalçın İbrahim oğlu

e-mail: yalchin.hacizalov@unec.edu.az 

1951-ci ildə Qusar rayonunun Aşağı Ləyər kəndində anadan olmuşdur.
1968-ci ildə Aşağı Ləyər kənd orta məktəbini medalla bitirərək, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
(indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.

1973-cü ildə AzXTİ-ni “İqtisadi kibernetika” kafedrasının bazasında fərqlənmə diplomu ilə bitirmiş və mühəndis-iqtisadçı ixtisasını almışdır.

1973-cü ildən AzXTİ-də təyinatla əmək fəaliyyətinə başlamışdır.
1974-1975-ci illərdə Sakit okean Donanmasında hərbi xidmətdə olmuşdur.
1978-ci ildə AzXTİ-nin əyani aspiranturasını bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. Dosentdir.

*

Əmək fəaliyyəti:

1978-2011-ci illərdə İqtisad Universitetinin “İqtisadi kibernetika” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir.
2011-2012 illərdə “İqtisadi kibernetika” kafedrasının müdiri vəzifəsini icra etmişdir.
2013-2017-ci illərdə “Ekonometrika” kafedrasının müdiri olub.
Hazırda UNEC-in “Statistika və Ekonometrika” kafedrasının dosentidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodiki Şurasının İqtisadiyyat bölməsinin elmi katibidir. 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Elmi-metodiki əsərləri

100 çap vərəqi həcmində 30-a yaxın elmi əsərin müəllifidir. Onlardan:

1. “Ekonometrika” dərsliyi – 2010, 2012, 2013-cü il, 37,5 ç.v.
2. “İqtisadi kibernetika” dərsliyi – 2011-ci il, 25 ç.v.
3. “İqtisadi sistemlərin riyazi modelləşdirilməsi” dərsliyi, Bakı 2014, 25 ç.v.
4. “İdarəetmə sistemlərinin qurulması” dərs vəsaiti – 1996-cı il, 6 ç.v.

Evlidir, iki övladı və beş nəvəsi  var.

DSC_6604???????????????????????????????

1750 1