natiq_riyaziyyat_fotoprof. Əhmədov Natiq Qarakişi oğlu

e-mail: natig_ahmadov@unec.edu.az

1961-ci ildə Bərdə rayonunda anadan olub
1978-ci ildə orta məktəbi qızıl medalla bitirib.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinə daxil olub.
1983-cü ildə universiteti bitirib.

1986-cı ildə Rostov Dövlət Universitetinin aspiranturasına daxil olub. 1990-cı ildə «Elastiklik nəzəriyyəsinin üçölçülü tənlikləri əsasında radius boyu qeyri-bircins silindrin gərginlik-deformasiya vəziyyətinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2009-cu ildə “Qeyri-bircins örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bəzi üçölçülü məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1983-1986-cı illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışib.
1986-1990-cı illərdə Rostov Dövlət Universitetinin aspirantı olub.
1991-ci ildən Bakı Dövlət Universitetində çalışıb.
1993-1994-cü illərdə BDU-nun «Tətbiqi riyaziyyat» kafedrasında müəllim;
1994-1995-ci illərdə «Tətbiqi riyaziyyat» kafedrasında baş müəllim;
1995-2000-ci illərdə «Tətbiqi riyaziyyat» kafedrasında dosent;
2002-ci ildən «Tətbiqi analizin riyazi üsulları» kafedrasında dosent vəzifələrində işləyib.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru;
“Riyaziyyat” kafedrasının müdiridir.

42 elmi məqalənin, 2 metodik vəsaitin, 1 dərsliyin və 1 monoqrafiyanın müəllifidir.

Ailəlidir, iki övladı var.

*

Süleyman Dəmirəl Universiteti UNEC müəllimlərinin səfərindən yazıb (13.02.2017)

 

 

*
ELMİ ƏSƏRLƏRİ

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
«Современные проблемы механики сплошной среды», Ростов 2006
«ХII Mеждународной конференции по математике и механике», Баку, 2006
«ХIII Mеждународной конференции по математике и механике», Баку, 2007

*
1-natiq_1390riyturk_0006(1)???????????????????????????????