1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1980-ci ildə Bakı şəhərində beynəlmiləl orta məktəbə daxil olmuşdur.
1991-ci ildə məktəbi qızıl medalla bitirmişdir.
1991-ci ildə Maliyy-İqtisad Kollecinin Mühasibat uçotunun təhlili, təftiş və nəzarət fakültəsinə qəbul olmuşdur.
1995-ci ildə həmin kolleci Fərqlənmə diplomu ilə bitirmişdir.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hazırda Universitet) Maliyyə-kredit fakültəsinə daxil olmuşdur.
2000-ci ildə həmin fakültəni Maliyyə-kredit ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirərək Maliyyə-kredit ixtisası üzrə magistraturaya qəbul olmuşdur.
2002-ci ildə magistraturanı Fərqlənmə diplomu ilə bitərərək magistr dərəcəsi almışdır. Təhsil aldıgı müddətdə ixtisası üzrə praktik olaraq əmək fəaliyyəti ilə məşğul olmuş – bankda iqtisadçı-mühasib, baş-mühasib, auditor təşkilatında auditor kimi fəaliyyət göstərmişdir.
*
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Bank işi» kafedrasında müəllim vəzifəsində çalışır. 2004-cü ildən İqtisad Universitetinin “Bank işi” kafedrasının dissertantı olmuşdur.
2013-cü ildə İqtisad Universitetinin D02.051 Dissertasiya Şurasının iclasından müvəffəqiyyətlə keçərək (18.12.2013 pr, N16) 53.0101- “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan 4 kitabın, həmçinin müxtəlif proqramlar və elmi metodik əsərlərin həmmüəllifidir. Müxtəlif jurnallarda 21-dən çox elmi məqalə, o cümlədən (dördü xaricdə olmaqla) müxtəlif beynəlxalq və elmi praktik konfranslarda tezis və məqalələr çap etdirmişdir.
Ailəlidir. Bir övladı var.