“BAFCO Invest” MMC təcrübə proqramı elan edir

15 APREL 2026

Ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən “BAFCO Invest” MMC Marketing şöbəsinə dəstək məqsədilə “Marketing and Export Sales” istiqaməti üzrə ödənişli təcrübə proqramı elan edir.

Proqram çərçivəsində tələbə və yeni məzunların cəlb olunması, onların praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi hədəflənir.

İş şəraiti:
• 
Rəsmi əmək müqaviləsi
• 5 günlük iş qrafiki
• 
İş saatları: 09:00 – 18:00
• 
Nahar fasiləsi: 13:00 – 14:00
• 
Şirkət tərəfindən mobil nömrə təmin edilir
• 
Əməkhaqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur
• 
İş yeri: Bakı şəhəri

Namizədə tələblər:
• 
Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazı və danışıq
• Kompüter bilikləri (MS Office və əsas ofis proqramları)
• Məsuliyyətli, ünsiyyətcil və öyrənməyə açıq olmaq
• 
Marketing və ixrac satış sahəsinə maraq (üstünlükdür)

Təklif edilən imkanlar:
• 
Praktiki təcrübə qazanmaq imkanı
• 
Peşəkar mühitdə inkişaf
• 
Komanda ilə işləmə bacarığı
• Uğurlu namizədlər üçün daimi iş imkanı
• 
Əməkhaqqı

Qeyd:
• 
Təcrübə proqramını uğurla başa vuran namizədlər daimi işlə təmin olunacaqlar

Son müraciət tarixi: 14.05.2026

Müraciət qaydası:
• 
CV-nizi “Marketing and Export Sales” başlığı ilə [email protected] elektron ünvanına göndərin