2019/2020-ci tədris ili üçün təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edilir

20 SENTYABR 2019

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

  • 050401 Dünya iqtisadiyyatı
  • 050403 Maliyyə
  • 050404 İqtisadiyyat
  • 050402 Mühasibat uçotu və aııdit
  • 050406 Statistika
  • 050407 Menecment
  • 050410 Dövlət və bələdiyyə idarəetməsi
  • 050655 İnformasiya texnologiyaları
  • 050656 Sistem mühəndisliyi
  • 050409 Biznesin idarə edilməsi
  • 050405 Sənayenin təşkili və idarə olunması
  • 050408 Marketinq
  • 050510 Ekologiya
  • 050411 Kommersiya
  • 050644 İstehlak  mallarının  ekspertizası və marketinqi
  • 050642 Qida məhsulları mühəndisliyi
  • 050321 Dizayn
  • 050643 Çoxişlənən  malların   texnologiyası  mühəndisliyi
  • 050625 Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  • 050647 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

*
UNEC-in  Zaqatala filialı üzrə

  • 050403 Maliyyə
  • 050404 İqtisadiyyat
  • 050402 Mühasibat uçotu və aııdit
  • 050407 Menecment
  • 050655 İnformasiya texnologiyaları
  • 050409 Biznesin idarə edilməsi
  • 050408 Marketinq
  • 050810 Turizm və otelçilik

Təkrar ali təhsilə qəbul ancaq elektron qaydada kabinet.unec.edu.az internet linki vasitəsilə

həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qunu qazanırlar.

Sənədlərin qəbulu 2019-cu il sentyabrın 11-dən noyabrın 1-dək aparılacaq.

Ərizə forması

      Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma   əlavə ilə birlikdə);
  • 3×4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan:İstiqlaliyyət küçəsi 6, otaq 107

Tel.: (012) 492-65-64