UNEC-də “Erməni dili kursları” təşkil olunacaq

10 FEVRAL 2020

İşğalçı Ermənistanın mövcud və gələcək iqtisadi durumunu araşdırmaq məqsədilə UNEC-də yaradılmış Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinə tədqiqatçıların cəlb olunması ilə bağlı mərkəz tərəfindən ödənişsiz “Erməni dili kursları” təşkil olunacaq.

Kurslar onlayn şəkildə həyata keçiriləcək. Kurslarda iqtisadiyyat sahəsi üzrə ali təhsil almış və gələcəkdə mərkəzdə tədqiqatçı kimi çalışmaq istəyən şəxslər iştirak edə bilərlər.

Məlumat üçün bildiririk ki, UNEC-in Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinə Türkiyənin Erciyes Universitetinin Ermənişünaslıq bölümünün müdiri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Erciyes (Türkiyə, Kayseri) Universitetinin professoru Qafar Mehdiyev rəhbərlik edir.

Onlayn dərslərə qoşulmaq istəyənlər 19 fevral 2020-ci il tarixinədək EFTİED-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

Əlaqə telefonu: (012) 492-72-98
E-mail: r.huseynova@unec.edu.az