cafarov_qara_fotof.-r.e.d., prof. Cəfərov Qara Mustafa oğlu

1954-cü il fevralın 11-də anadan  olmuşdur.

1961-ci ildə Qazax şəhər 1 № orta məktəbinə daxil olmuş və 1971-ci ildə həmin məktəbi qızıl medalla bitirmışdir.

1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini bitirmişdir.

1977-1982-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Tətbiqi Fizika İnstitutunda mühəndis vəzifəsində işləmişdir.

1982-ci ildə Azərbaycan MEA Fizika İnstitutunun  aspiranturasına (əyani) daxil olmuşdur.

 

*

1986-cı ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.

2001-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetinin professorudur.

2004-cü ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Şurasının qərarı ilə professor elmi adı verilmişdir.

80-ə yaxın elmi əsərin müəllifidir.

Ailəlidir, bir övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI