polit_humeyra_fotofəl.f.d., dos. Mustafayeva Hümeyrə Teymur qızı

3 mart 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1988-ci il Bakı şəhəri 9 №-li orta məktəbi qızıl medalla bitirmişdir.

1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Distant və əlavə təhsil mərkəzinin Maliyyə-kredit  ixtisasını bitirmişdir.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Qloballaşma və sosial ekologiyanın ekoloji problemləri” şöbəsinin dissertantı olmuşdur.

2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

2011-ci ildən fəlsəfə üzrə fəlsəfə doktorudur və dosent  elmi adını almışdır.

1994-cü ildə İqtisad Universitetinin «Politologiya və hüquq» kafedrasında laborant;
1995-ci ildə «Politologiya və hüquq» kafedrasında  böyük laborant vəzifələrinə təyin olunmuşdur.

1996-cı ildən «Politologiya» kafedrasında müəllim vəzifəsində çalışıb.

 

*

2007-ci ildə «Politologiya» kafedrasında baş müəllim, 2011-ci ildən dosent vəzifəsində  çalışıb.
Hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının dosentidir.

40-a yaxın elmi-metodiki əsərin müəllifidir.

Ailəlidir, iki övladı var.

IMG-20170525-WA0031IMG-20170525-WA0024 *

Tələbə Elmi Konfransı: “Mədəni və mənəvi müxtəlifliyin birliyi” (01.06.2017)
İslam dini və Azərbaycan
 (01.05.2017)