Hacıyeva Arzu Əli qızı

1987-ci il iyunun 1-də Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu 27 nömrəli ingilis dili təmayüllü məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin “Xüsusi İstedadlar Qrupu” na daxil olmuş, 2008-ci ildə xüsusi fərqlənmə diplomu ilə bitirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin “Xüsusi İstedadlar Qrupu”-da Beynəlxalq İqtisadi Münasibətlər üzrə magistraturaya daxil olmuş və 2010-cu ildə xüsusi fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır. 2009-cu ildə ABŞ-ın Duke Universitetinin Layihə Qiymətləndirilməsi və Risklərin İdarə Edilməsi kursunu bitirmişdir.

Arzu Hacıyeva “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə dövlət təqaüdü qazanmış və 2012-ci ildə İngiltərənin Esseks Universitetində Beynəlxalq İqtisadiyyat üzrə ikinci magistr dərəcəsini müvəffəqiyyətlə tamamlamışdır. Hal-hazırda UNEC-də iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi (PhD) üzrə dissertasiya işinin müdafiəsi prosesindədir.

*

Arzu Hacıyeva 2009-cu ildən İqtisadiyyat Nazirliyinin “Beynəlxalq təşkilatlarla əməkdaşlıq” departamentinin məsləhətçisi kimi iş təcrübəsinə başlamışdır. 2011-2015-ci illərdə bir sıra maliyyə təşkilatları üzrə koordinator-baş məsləhətçi vəzifəsində çalışmışdır.

2015-ci ildən Azərbaycan İnvestisiya Şirkətinin Maliyyə-iqtisadi Təhlil şöbəsində investisiya analitiki vəzifəsində çalışır.

Bir sıra konfrans və seminarların – Dünya Bankının, Yaşıl iqtisadiyyat və İqtisadi inkişaf strategiyaları ” mövzusunda konfrans, Layihənin İdarə Edilməsi üzrə təlimi, Asiya İnkişaf Bankının “İnvestisiya Krediti və Qrant Dəstəyi Mexanizmi” mövzusunda seminarın iştirakçısı olmuşdur.

2014-cü ildən etibarən Arzu Hacıyeva Beynəlxalq İqtisadiyyat Məktəbi və Sabah Qruplarında tədris edir.

12 məqalə və tezisin müəllifidir.