Reshad hazirliq shobesi_

1985-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1991-2002-ci ildə Beyləqan rayonunda orta məktəbdə təhsil almışdır.

2002-2006-cı  illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini bitirmişdir. 2006-2008-ci illərdə ADİU-nin magistraturasını bitirmişdir. 2011-2014-cü  illərdə  ADİU-nin əyani doktoranturasını bitirmişdir.

2007-2014-cü  illərdə ADİU-nin İqtisadiyyatın tənzimlənməsi kafedrasının saat-hesabı müəllimi işləmişdir.

2007-2014-cü illərdə ADİU-nin Hazırlıq Fakültəsində Magistraturaya hazırlığın təşkilində yaxından iştirak etmiş, bu sahədə TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının  I  mərhələsində məntiq, II mərhələsində MBA proqramı üzrə GMAT və riyaziyyat  fənnlərini tədris etmişdir. Eyni zamanda test  suallarının  hazırlanmasında  və  TQDK-nın  seminarlarında fəal iştirak etmişdir.

2014-cü ildən Hazırlıq şöbəsinin müdiridir.

10-dan artıq  elmi əsəri Azərbaycanda, Rusiyada, Gürcüstanda nəşr olunmuşdur.

Ailəlidir, bir övladı var.

484 1