biz_niyazi1i.e.n., dos. Həsənov Niyazi Əlikram oğlu

21 iyun 1958-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfat İnstitunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC) bitirmişdir.

1984-cü ildə Azərbaycan SSRİ Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində işləmişdir.

1991-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyası yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda namizədlik disertasiyasını müdafiə etmiş və iqtisadiyyat elmləri namizədi adını almışdır.

1990-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində Menecment kafedrasında müəllim işləmişdir.

Hazırda İqtisad Universitetinin Biznes inzibatçılığı kafedrasında dosent vəzifəsində çalışır.

2007-ci ildən “İnvestisiya strategiyalarının formalaşması və modernləşməsinin inkişafı problemləri” mövzusunda doktorluq disertasiyasını, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komitəsinə təqdim etmiş, müdafiə üçün Azərbaycan Dövlət İqtisad Universitetindəki dissertasiya şürasına müdafiə üçün göndərilmişdir.

 

*

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2004-cü ildən Azərbaycan İqtisadçılar Birliyinin üzvüdür.

2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “QIZIL QƏLƏM” Media Mükafatı Laureatı Diplomuna layiq görülmüşdür.

2009-cu ildən isə sahibkarlıq və elm jurnalının baş redaktorudur. İndiyə qədər Dünya bankının, İslam İnkişaf bankının bir çox layihələrində ekspert və mütəxəssis kimi iştirak etmişdir.

80-dan yuxarı elmi metodiki əsərin, 4 dərs vəsaitinin, 1 monoqrafiyanın, 2 şerin müəllifidir.

Əsas elmi əsərləri: “Sahibkarlıq Fəaliyyətinin İdarə edilməsi” – (Dərs vəsaiti), “Menecer nəzarəti və Kordinasiya” – (Dərs vəsaiti), “Biznesin əsasları” – (Dərs vəsaiti), “Biznesin təşkili və idarə edilməsi”-(Dərs vəsaiti),”Beynəlxalq biznes”-(Dərs vəsaiti),“İnvestisiya Strategiyasının Formalaşması və Modernləşdirilməsinin İnkişafı Problemləri” – (Monodrafiya).

Evlidir, bir oğlu var.

*
Kiçik və orta sahibkarlığın inkişafı vətəndaşların sosial rifahını yaxşılaşdıracaq (25.01.2017)