nazar_nazilai.e.d., prof. Mustafayeva Nazilə Mustafa qızı

1950-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.

Orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinə qəbul olunub. 1971-ci ildə institutu bitirərək “Xalq təsərrüfatının planlaşdırılması” ixtisasına yiyələnib.

1973-cü ildə AEA İqtisadiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olub.

1983-cü ildə “Müttəfik respublika şəraitində mili gəlirin bölgüsü və yenidən bölgüsünün təkmilləşdirilməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

 

1989-cu ildə baş elmi işçi vəzifəsinə keçirilib.

1994-cü ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komisiyyası tərəfindən Siyasi iqtisad üzrə baş elmi işçi adı verilib.

27 may 2009-cu ildə “Azərbaycan Respublikasında makroiqtisadi proporsiyaların və iqtisadi artımın problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. İqtisad elmləri doktorudur.

Hazırda “İqtisadi nəzəriyyə-1″ kafedrsının professorudur.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI