mal_nizami_fotoi.e.d., prof. Xudiyev Nizami Nəcəfqulu oğlu

e-mail: nizami_khudiyev@unec.edu.az

Bakıda anadan olub.

Azərbaycan Xalq Təssərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra sığorta sistemində gənc mütəxəssis kimi işləyib.

1985-1988-ci illərdə Leninqrad Maliyyə-İqtisad Universitetinin maliyyə ixtisası üzrə əyani aspirantı olub.
1988-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sığorta mövzusunda maliyyə, pul tədavülü və kredit ixtisası üzrə namizədlik disserasiyası müdafiə edib.
1989-cu ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasında müəllim fəaliyyətinə başlayıb, 1996-cı ildə dosent elmi adı alıb.

2005-ci ildə İqtisad Universitetinin “Maliyyə” kafedrasında milli sığorta bazarının problemlərinə həsr olunmuş elmlər doktoru dissertasisının ilkin müzakirəsindən uğurla keçib,
2010-cu ildə universitetin Dissertasiya Şurasında müdafiə edib.

2011-ci ildə AR Prezidenti yanında AAK-ın qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı verilib.

Sığorta məsələlərinə dair 70-dən çox elmi əsərin, o cümlədən 2 dərslik, 2 dərs vəsaiti, 2 metodiki göstəriş, monoqrafiya və onlarla elmi məqalənin müəllifidir.

UNEC Elmi-Metodik Şurasının, Dissertasiya Şurasının və fakültə Elmi Şurasının üzvudür.

2015-ci ildə səmərəli pedaqoji fəaliyyətinə görə AR Təhsil Nazirliyinin Fəxri Fərmanina layiq görülüb.

Ailəlidir, iki övladı var.

 

*201

nizami_maliyya_ 1 (6)DSC_4662nizami88

nizaminizamiP8653

Azərbaycanın milli sığorta bazarının yüksəlişi maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin mühüm hədəflərindəndir (“Xalq” qəzeti – 26.10.2017)
UNEC alimləri beynəlxalq elmi konfransda
 (29.06.2017)

UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək (19.01.2017)
UNEC alimləri fiskal siyasət üzrə ekspert qrupu ilə görüşüb
 (11.11.2016)