biz_alicani.e.d., prof. Abbasov Alıcan Bayraməli oğlu

1940-ci ildə İsmayıllı rayonunun Ticran kəndində anadan olmuşdur.

1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və 1962-1964-cü illərdə təyinatla Əli Bayramlı (hazırki Şirvan) şəhərində yerləşən “Şirvanneftçıxarma” tresti nəzdində müxtəlif qazma kontorlarında iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir.

1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1965-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda sektor və şöbə müdiri vəzifələrində işləmişdir.

1984-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

 

*

1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində əvvəlcə “Sənayenin iqtisadiyyatı” kafedrasının professoru, 2001-2014-cü illərdə “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 180-a qədər elmi əsərin, o cümlədən 15 kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.

1-alican_1382